AZ

Culani: "İsrail Suriyada tutduğu mövqelərdən geri çəkilməlidir"

"İsrail Dəməşqə hücumu zamanı nəzarəti ələ keçirdiyi Suriyanın qərbindəki ərazilərdən geri çəkilməlidir".

Bakıvaxtı.az "The Times" qəzetinə istinadən xəbər verir ki, bunu Dəməşqdə hakimiyyətə gələn silahlı birləşmələrin başçısı, Əbu Məhəmməd əl-Culani kimi tanınan Əhməd əl-Şaraa deyib.

O, Suriyanın İsrailə hücumlar üçün tramplin olmayacağını bildirib.

"Biz 1974-cü il razılaşmasına sadiqik. Biz Suriyanın hücumlar üçün tramplin kimi istifadəsinə icazə verməyəcəyik. Suriyalılara sülh lazımdır, hücumlar dayandırılmalı və İsrail daha tez geri çəkilməlidir. Suriya şəxsi azadlıqlar sferasına keçməyəcək və yeni hakimiyyət İslam adətlərini nəzərə alacaq".

Gülşən Şərif

phrase_var_article.chosen
50
bakivaxti.az

1phrase_var_article.sources