AZ

ABŞ səmasında görünən naməlum obyektlərin sirri açıldı

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi ABŞ-ın bəzi ştatlarında səmada görünən “sirli obyektlərin” pilotsuz uçuş aparatlarına (PUA) olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, iştirak etdiyi onlayn konfransda Kirbi FTB-nin son həftələr ərzində "sirli obyekt" müşahidələri ilə bağlı təxminən 5000 hesabat aldığını və təxminən 100 işin əlavə araşdırma tələb etdiyini bildirdi.

Anormal bir vəziyyət olmadığını qeyd edən Kirbi, "Nyu Cersi və ya Şimal-şərqdəki digər əyalətlərdə mülki hava məkanında hər hansı anormallıq və ya milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik riski aşkar etmədik. İşlərimiz davam edir"- dedi. O, bildirib ki, bu obyektlər qanuni şəkildə uçuşuna icazə verilən PUA-lardır.

Bundan əlavə, "1 milyondan çox dron Federal Aviasiya Administrasiyasında (FAA) qeydiyyatdan keçib və minlərlə kommersiya, hobbi və hüquq-mühafizə PUA-ları Birləşmiş Ştatlarda qanuni fəaliyyət göstərir"-deyə, Kirbi bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
32
turkustan.az

1Mənbələr