AZ

Divani Lüğət-it Türkün yubileyi beynəlxalq səviyyədə qeyd ediləcək

Türk Dünyasının önəmli maddi mənbələrindən biri olan "Divani Lüğət-it Türk" əsərinin 950 illik yubileyi qeyd ediləcək.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə UNESCO məlumat yayıb.

Bildirilib ki, əsərin 950 illik yubileyi BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 2024-2025-ci ildönümləri siyahısına daxil edilib.

Mövzu ilə bağlı açıqlama verən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, bu qərar təqdirəlayiq addımdır: 

"Divani Lüğət-it Türk" sadəcə bir lüğət deyil, türk dillərinin zənginliyinin, türk adət-ənənələrinin hikmətinin və türk mədəniyyətinin canlılığının xülasəsidir. Bu, bir anım tədbiri deyil, həm də sürətli qloballaşma dövründə qeyri-maddi türk irsinin qorunub saxlanması üçün səyləri gücləndirməyə çağırışdır".

Əli Hüseynov

Seçilən
47
1
bakivaxti.az

2Mənbələr