AZ

Rəsmi işsizlərin sayı açıqlanıb

2024-cü il dekabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 215,1 min nəfər olub.

Teleqraf.com xəbər verir ki, onların 47,5 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 406,8 manat olub.

2024-cü il noyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 214,7 min nəfər olub. Onların 47 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 406,1 manat olub. Beləliklə bu ili 11 ayında yanvar-noyabrla müqayisədə işsizlərin sayı artıb. Paralel olaraq sığorta ödənişinin məbləği də yüksəlib.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
29
teleqraf.com

1phrase_var_article.sources