AZ

İspaniya silahlı qüvvələrinin sayını artıracaq

İspaniya hakimiyyəti son on ildən artıq müddətdə ilk dəfə olaraq, Silahlı Qüvvələrinin sayını artırmaq qərarına gəlib. 

Bakıvaxtı.az "El País" qəzetinə istinadən xəbər verir ki,hökumət 2025-2029-cu illər dövrü ərzində hərbi qulluqçuların sayının 7,5 min nəfər artırılmasını nəzərdə tutan iki təşəbbüs üzərində işi tamamlayır. Lakin bu, yalnız ilk addımdır, çünki əsas sənəd qarşıdakı onillikdə hərbi personalın sayını 20 min nəfər artıraraq 140 min nəfərə çatdırmağı hədəfləyir.

Qeyd edək ki, əvvəllər İspaniya hakimiyyəti 2029-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmağı planlaşdırmışdı. Krallıq hazırda müdafiəyə ən az pul xərcləyən NATO ölkələri sırasındadır. 

Gülşən Şərif

Seçilən
28
bakivaxti.az

1Mənbələr