AZ

Küçədə siqaret çəkmək qadağan olunacaq - Bu ölkədə

İtaliyanın Milan şəhərinin bələdiyyəsinin 2025-ci il yanvarın 1-dən açıq yerlərdə siqaret çəkilməsini qadağan edəcəyi açıqlanıb. Bununla belə, qeyd edilib ki, siqaret çəkənlər digər insanlardan ən azı 10 metr məsafədə olduqda bu qadağa tətbiq edilməyəcək.

News24.az xəbər verir ki, qadağaya əməl etməyənlərə 40-240 avro arası cərimələr tətbiq ediləcəyi paylaşılıb.

İtaliya Tütün Dərnəyi, Milan Bələdiyyəsinin belə bir qadağanı tətbiq etmək səlahiyyətinin olmadığını və belə bir müdaxilənin milli səviyyədə müzakirə edilməli olduğunu əsas gətirərək qaydanı məhkəməyə verib.

Günel Məlikzadə

Seçilən
15
news24.az

1Mənbələr