AZ

“Bu gün Bolqarıstandan çıxacam, Azərbaycana gəlirəm” – Cəlal Hüseynov

Cəlal Hüseynov “Şamaxı”ya transfer olunub. Hazırda rəsmən “Arda”ya məxsus futbolçu icarə əsasında “şirlər”in formasını geyəcək.

Bilindiyi kimi, 21 yaşlı futbolçu 2022/23 mövsümündə də Şamaxı təmsilçisinin heyətində çıxış edib.

Cəlalla əlaqə saxlayıb transferi barədə fikirlərini öyrəndik. Onun “Football-plus.az”a cavabı belə oldu: “İcarəyə qayıdıram.

“Şamaxı”da çıxış edəcəyim doğrudu. Yerli klublardan iki-üçü ilə danışıq apardım. Bizdə fasilə də azdı, ona görə istədim tez dəqiqləşsin. Bu gün Bolqarıstandan çıxacam, Azərbaycana gəlirəm. Yəqin sabah səhər Bakıda olaram. 2-3 gün Bakıda olacam. “Şamaxı” ilə danışdıq, razılşadıq. Ümid edirəm ki, hər iki tərəf üçün uğurlu olar”.

Xatırladaq ki, Cəlal 2023-cü ilin yayında “Arda”ya transfer olunmuşdu. Onun klubla müqaviləsinin müddəti 2026-ci ildə bitəcək.

RÖYANƏ OĞUZ
phrase_var_article.chosen
37
football-plus.az

1phrase_var_article.sources