AZ

Erməni deputatın toxunulmazlığı ləğv ediləcək

Yanvarın 20-də Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə “Mülki müqavilə”nin keçmiş deputatı, indi isə müstəqil deputat Ovik Ağazaryanın toxunulmazlığının ləğvi təklifi ilə parlamentdə çıxış etmək niyyətindədir. Bundan sonra onu həbs, bəlkə də ev dustaqlığı gözləyir.

Redaktor.az xəbər verir ki, bu barədə "24News"a deputatın vəkili Akop Çaroyan bildirib və əlavə edib ki, o, müdafiə etdiyi şəxsə qarşı Baş nazir Nikol Paşinyanın şəxsi sifarişi ilə cinayət işinin başlanmasına əmindir.

Qeyd edək ki, oktyabrın sonunda parlamentdə Ağazaryanla İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan arasında söz davası baş vermişdi və az qala davaya çevrilmişdi. Bundan az sonra Kyaramyan (bir neçə digər şöbə müdirləri kimi) vəzifəsindən azad edilib. Mübahisəyə qatılan deputat Narek Zeynalyan da istefa verib. Ağazaryan bundan imtina edib və “Mülki müqavilə”dən ayrıldıqdan sonra müstəqil deputat olub.

Öz növbəsində Baş nazir Nikol Paşinyan bildirib ki, qanunda nəzərdə tutulmuş bütün mexanizmlərdən istifadə etməklə Ağazaryanı deputat mandatından məhrum etmək lazımdır. Hökumət başçısının sözlərinə görə, Ağazaryan dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatların ötürülməsində iştirak edib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən verilən məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 427-ci (dövlət sirrini ehtiva edən məlumatların dərc edilməsi) maddəsi ilə cinayət işi başlanıb.   T.İSMAYIL 
phrase_var_article.chosen
28
redaktor.az

1phrase_var_article.sources