AZ

Keçmiş "Azərsu"da böyük zərər - XALİS ZƏRƏRİ DAHA DA ARTIB

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Pablik Hüquqi Şəxs (keçmiş "Azərsu") 2023-cü ili 226 milyon 293 min manat xalis zərər ilə başa vurub. Xidmət 2022-ci ili 178 milyon 644 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin xalis zərəri 47 milyon 649 min manat və ya 26,7% artıb.

Marja.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinni satışdan gəliri 2022-ci ildə 282 milyon 429 min manat ikən, 2023-cü ildə 304 milyin 41 min manata yüksəlib.

Xəbər yenilənəcək...

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarıın, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir.

Seçilən
19
marja.az

1Mənbələr