AZ

Avropa İttifaqı Ukraynaya yardımı müzakirə edəcək

Dekabrın 19-da Avropa İttifaqına (Aİ) üzv ölkələrin sammiti keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ rəsmisi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, zirvə görüşündə Ukrayna yardım məsələsi müzakirə olunacaq.

Blok ölkələri bu dəfə ABŞ-nin iştirakı olmadan Rəsmi Kiyevə dəstəklə bağlı müzakirə aparacaqlar.

Liderlər ABŞ-nin yeni administrasiyası Kiyevi dəstəkləməkdən imtina edərsə, Ukraynaya yardımın digər yollarını araşdıracaqlar.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
16
teleqraf.com

1Mənbələr