AZ

Gənclərin öyrəndiyi bacarıqlar qiymətləndirildi!

"Öndə Gənclər" İctimai Birliyi tərəfindən həyata keçirilən və gənc marketinq mütəxəssisləri yetişdirməyi hədəfləyən "Marketinq Akademiyası” layihəsinin qiymətləndirmə mərhələsi  keçirilmişdir. Layihə iştirakçılarının 45 saatlıq Marketinq Mentorluq Proqramı çərçivəsində qazandıqları nəzəri və praktiki biliklər peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi.

İki mərhələdən ibarət olan qiymətləndirmə prosesində əvvəlcə iştirakçıların nəzəri bilikləri test vasitəsilə yoxlanmış, daha sonra isə onların hazırladıqları təqdimatlar əsasında praktiki bacarıqları dəyərləndirilmişdir. Münsiflər heyətində AZAL-ın Marketinq Kommunikasiyaları şöbəsinin böyük mütəxəssisi Nigar Quliyeva, Kontakt Home-un Rəqəmsal Marketinq şöbəsinin rəhbəri Sabir Camalov, layihənin eksperti və "Öndə Gənclər" İctimai Birliyinin sədri Fərhad Abdulov və marketinq üzrə ekspert Tamerlan İsmayılov yer almışdır. Peşəkar münsiflər iştirakçıların təqdimatlarını diqqətlə qiymətləndirərək, güclü tərəflərini vurğulamış və inkişaf etdirməli olduqları məqamlara dair dəyərli tövsiyələr vermişlər.

Qiymətləndirmə mərhələsinin yekununda iştirakçılar layihə çərçivəsində əldə etdikləri biliklərin praktikada tətbiqi və peşəkar mühitdə təqdimat bacarıqları üzrə təcrübə qazanmışdır.

Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Brandup” Marketinq və Dizayn Agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilmişdir. Layihə haqqında daha ətraflı məlumat əldə etmək üçün "Öndə Gənclər" İctimai Birliyinin Instaqram hesabına (@ondegencler) baxa bilərsiniz.

"Öndə Gənclər" İctimai Birliyinin məqsədi gənclərin rəqabət qabiliyyətini artıraraq onları əmək bazarında öndə görməkdir. Birlik "Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin varisi olaraq gənclərin inkişafına dəstək verməyə davam edir.

Seçilən
6
qaynarinfo.az

1Mənbələr