AZ

Rus generalı Moskvada Ukrayna kəşfiyyatçıları öldürübmüş - YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillovun öldüyü partlayış Ukrayna kəşfiyyatçıları tərəfindən həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindəndəki (UTX) mənbə "Reuters" agentliyinə bildirib.

UTX-dəki mənbə hücumun arxasında Ukrayna kəşfiyyatının olduğunu təsdiqləyib. Mənbə bildirib ki, Moskvanın Ryazanski prospektində binadan çıxarkən içərisində partlayıcı maddə olan skuter işə düşüb və nəticədə Kirillov və onun köməkçisi ölüb.

Keçmiş prezident Dmitri Medvedev bildirib ki, Ukraynanın hərbi və siyasi rəhbərliyi Kirillovun qətlinə görə cavab verəcək.

***

10:58

Dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində yerləşən yaşayış binasının yaxınlığında partlayış törədilib. Hadisə nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olub.

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, partlayış dalğası üzbəüz yerləşən evin şüşələrini sındırıb.

Partlayış baş verən əraziyə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin rəhbərliyi, təcili tibbi yardım həkimləri və təcili tibbi yardım xidmətləri göndərilib.

Partlayıcı maddə (trotil ekvivalentində 100 q-dan 300 q-a qədər) evin yaxınlığında dayanan skuterə yerləşdirilib. Partlayıcı qurğunun komponentləri götürülüb.

Partlayışın baş verdiyi yaşayış binasının ətrafı mühasirəyə alınıb.

İstintaq Komitəsi Rusiya Cinayət Məcəlləsinin 105-ci (ümumi təhlükəli üsulla iki nəfəri öldürmə) maddəsi ilə cinayət işi açıb.

"Kommersant" qəzetinin hüquq-mühafizə orqanlarındakı mənbəsinin bildirdiyinə görə, yaxın vaxtlarda terror maddəsi ilə də cinayət işi açıla bilər.

Təhlükəsizlik qüvvələri Moskvada yaxınlıqda yerləşən evlərin kamera görüntülərini götürüb.

Qeyd edək ki, ötən gün Ukrayna Təhlükəsizlik Xidməti general Kirillova qarşı qiyabi ittiham irəli sürüb. O, "Ukraynada qadağan olunmuş kimyəvi silahların kütləvi istifadəsi"ndə ittiham edilir.

Seçilən
1
4
modern.az

10Mənbələr