AZ

Zelenski bu görüntüləri ilk dəfə paylaşdı

Ukrayna Prezidenti Vladimir Zelenski ilk dəfə sosial media hesabında ölkəsinə qarşı vuruşan Şimali Koreya əsgərlərinin görüntüsünü paylaşıb.

“Cebheinfo.az” xəbər verir ki, paylaşımda meşəlik ərazidə Şimali Koreyalılara oxşayan hərbi geyimli insanlar görüntələnib.

Zelenski Rusiyanın Ukrayna mövqelərinə hücumlarda təkcə Şimali Koreya əsgərlərindən istifadə etmədiyini, həm də itkilərini gizlətməyə çalışdığını bildirib:

"Şimali Koreya əsgərlərinin varlığını gizli saxlamaq cəhdləri olub.

Onlara təlim keçərkən üzlərini belə göstərmək qadağan edilib. 

Rusiya hərbçiləri onların varlığına dair hər hansı əyani sübutu silməyə çalışıblar. İndi əsgərlərimizlə toqquşmadan sonra ruslar sözün əsl mənasında öldürülən Şimali Koreya əsgərlərinin üzlərini yandırmağa çalışırlar”. 

Zelenski açıqlamasında “koreyalıların Putin üçün döyüşüb ölməsi üçün heç bir səbəb yoxdur və Rusiya hətta ölümlərindən sonra da onlara lağ edir” iddia edib.

Sosial media hesablarında da Şimali Koreya əsgərləri olduğu deyilən bir qrupa pilotsuz təyyarə ilə hücumun görüntüsü paylaşılıb.

Görüntülərdə pilotsuz təyyarənin bir qrup əsgərə hücumu müşahidə edilib.

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsindən verilən açıqlamada dekabrın 14-15-də Rusiyanın Kursk bölgəsində baş verən qarşıdurmalarda ən azı 30 Şimali Koreya əsgərinin öldüyü və yaralandığı iddia edilib.

phrase_var_article.chosen
15
cebheinfo.az

1phrase_var_article.sources