AZ

''Qalatasaray'' bunu tarixində cəmi ikinci dəfə bacardı

Superliqada 16-cı tura ''Rams Park''da ''Qalatasaray'' - ''Trabzonspor'' oyunu ilə yekun vuruldu.

Çox dramatik və məhsuldar alınan matçın gedişində ''Trabzonspor'' iki dəfə hesabda geri düşsə də, fasilədən sonra sürpriz şəkildə 3:2 önə keçməyi bacardı. Amma əzmkar ''Cim-Bom'' özündə güc taparaq növbəti dəfə geridönüş etdi və 4:3 hesablı qələbə qazandı. Maraqlıdı ki, ''Aslan'' son 5 rəsmi oyunda hesabda geri düşsə də, bu qarşılaşmaların heç birində məğlub olmayıb (2 qələbə, 3 heç-heçə)!

Ən yaxın rəqibi ''Fənərbaxça'' ilə aradakı 6 xallıq fərqi qoruyan komandanın məğlubiyyətsiz seriyası 19 rəsmi oyuna çatdı (14 qələbə, 5 heç-heçə). 15 oyuna 41 xal (13 qələbə, 2 heç-heçə) ''Qalatasaray'' tarixinin ən uğurlu nəticəsi olmaqla yanaşı, turnirin tarixinin rekordunun təkrarlanması deməkdi.

''Sarı-qırmızılar'' ilk dövrədə həm ''Fənərbaxça'' (3:1), həm ''Beşiktaş'' (2:1), həm də ''Trabzonspor''u (4:3) məğlub etməyi bacardılar. Bu, daha öncə komandanın tarixində yalnız bir dəfə - 1999/00-də baş vermişdi. Mişi Batşuayi da tarixi göstəricinin astanasındadı. O, superliqada sonradan meydana daxil olduğu qarşılaşmalarda vurduğu qolların sayını 12-yə yüksəltdi.

İndi belçikalı forvard bu göstəricidə rekordun sahibi olan Pyer Vebodan (13) cəmi 1 qol geri qalır.

ƏLİ

Seçilən
16
football-plus.az

1Mənbələr