AZ

Niderland səfirinin şəxsən müşahidə missiyasına qatılması hansı mesajı verir? – ÖZƏL

Niderlandın Ermənistandakı səfiri Marike Monro Vinter Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının ofisini ziyarət edib. Məlumata görə o, Niderlanddan olan əməkdaşlarla görüşüb və Xaçik kəndi ərazisində patrul xidmətinə qatılıb. Hazırda AB missiyasında 7 niderlandlı ekspert çalışır. 

Niderland səfirinin AB-nin Ermənistandakı missiyasını ziyarəti və patrul xidmətinə qatılması hansı siyasi mesajları ehtiva edir? Bu, AB-nin regiondakı mövqeyinə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı Olaylar.az-a açıqlama verən konflikt analitik Elman Vəliyev bildirib ki, Niderlandın Ermənistandakı səfiri Marike Monro Vinterin Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyasını ziyarət etməsi və patrul xidmətində iştirak etməsi həm simvolik, həm də siyasi baxımdan əhəmiyyətli bir amildir. Bu addım bir neçə mühüm mesaj verir və AB-nin regiondakı mövqeyinə təsir edə bilər:

1. AB-nin Ermənistana Dəstək Siqnalı

Səfirin ziyarəti, AB-nin Ermənistana dəstəyinin davamlı olduğunu və bu dəstəyin yalnız diplomatik səviyyədə deyil, həm də praktiki səviyyədə olduğunu göstərir. Bu, AB-nin Ermənistanın təhlükəsizliyinə və suverenliyinə verdiyi önəmi vurğulayır. Eyni zamanda, AB-nin regionda sabitliyin təmin olunmasına marağını ortaya qoyur.

2. Niderlandın Regional Maraqları

Niderland səfirinin şəxsən müşahidə missiyasına qatılması, Niderlandın Cənubi Qafqazda aktiv xarici siyasət yürütmək niyyətində olduğunu göstərir. Bu, Niderlandın regiondakı təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırdığını və AB çərçivəsində regionun sabitliyinə töhfə vermək istədiyini ifadə edir.

AB-nin Ermənistanda mövcudluğunu gücləndirməsi və Niderland kimi üzv ölkələrin bu missiyaya dəstək verməsi, Rusiyanın regiondakı ənənəvi təsirinə alternativ yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər. Bu, Rusiyanın Ermənistandakı rolunun zəifləməsi fonunda AB-nin yeni təhlükəsizlik və sabitlik təminatçısı kimi çıxış etmək istəyini əks etdirir.
 
Niderlandın əvvəldən Ermənistana dəstək verdiyini bilirik. "Feyk" erməni soyqırımını tanıyan bir ölkə olaraq Niderlanddan Ermənistana hır cür müsbət addıma şaşırmamalıyıq. Əksinə səbəblərin öyrənib alternativlər tapmalıyıq. Niderlandda güclü erməni lobbisi vardın və parlament üzvlərinə ciddi təsir edə bilirlər. Azərbaycan diasporu da bu yöndə dinamik addımlar atmalıdır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
22
olaylar.az

1phrase_var_article.sources