AZ

Səfirliyin önündəki keçidi parkinqlə səhv salan sürücülər - 90-KY-740və 90-OZ-626 - VİDEO

Paytaxtın Yasamal rayonu Bakıxanov parospektində (Rusiya səfirliyinin qarşısı) qayda pozan sürücülər kameraya düşüb.

Xoşagəlməz mənzərəylə bağlı izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Görüntüdən aydın olduğu kimi, 90-KY-740 dövlət nömrə nişanlı “Dong Feng” markalı  və 90-OZ-626 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobillərin sürücüləri piyada keçidini zəbt ediblər. Nəticədə ərazidən keçən piyadalar keçiddən istifadə edə bilmədikləri üçün yolun hərəkət hissəsi ilə gediblər.

Qeyd edək ki, qanunvericiliyə görə, piyadalar üçün nəzərdə tutulmuş keçidlərinin üzərində və ona 5 metr yaxın məsafədə dayanmaq qadağandır. Bu xətanı törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 60 manat məbləğində cərimələnə bilərlər.

Nərmin

Seçilən
33
avtosfer.az

1Mənbələr