AZ

BMT rəsmisi: Suriyada cavabdehlik yenidənqurmanın bir hissəsidir

Birləşmiş Millətlər Təşkilatının Suriyadakı cinayətləri araşdıran Beynəlxalq Qərəzsiz və Müstəqil Suriya Mexanizminin (IIIM) sədri Robert Petit Suriyada hesabatlılığın təmin edilməsinin yenidənqurma işlərinin bir hissəsi olduğunu bildirib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, IIIM-nin 2016-cı ildə BMT Baş Assambleyasının qərarı ilə 2011-ci ilin mart ayından Suriyada törədilən ağır cinayətlərə dair sübutların toplanması, mühafizəsi, birləşdirilməsi və təhlili məqsədilə yaradıldığını xatırladan Petit bu cinayətlərin törədilməsinə dair sübutları araşdırmaq səlahiyyətinə malik olduqlarını bildirib: 

"Hazırda topladığımız 283 terabaytdan çox məlumatımız var. Biz bu məlumatlardan istifadə edir və cari və gələcək məhkəmə proseslərini dəstəkləmək vəzifəsini yerinə yetirmək üçün öz məlumatlarımızı istehsal edirik".

Əli Hüseynov

Seçilən
13
bakivaxti.az

1Mənbələr