Vanuatunun paytaxtı Port Vilada 7,4 bal gücündə zəlzələ baş verib.
“Cebheinfo.az” xəbər verir ki, rabitənin kəsilməsi səbəbindən ölənlərin sayı və dəymiş ziyanın həcmini tam müəyyən etmək olmayıb.
Zəlzələ nəticəsində ABŞ, Böyük Britaniya, Fransa və Yeni Zelandiya səfirliklərinin yerləşdiyi binaya ciddi ziyan dəyib.
ABŞ-nin Papua Yeni Qvineyada səfirliyindən verilən açıqlamada Port Viladakı səfirliyin “böyük ziyana uğradığı” və növbəti xəbərdarlığa qədər bağlı qalacağı bildirilib. Yeni Zelandiya Xarici İşlər Nazirliyi səfirlik binalarına da ciddi ziyan dəydiyini bəyan edib.
Səlahiyyətlilər rabitənin kəsilməsinin davam etdiyi bölgədə ətraflı məlumat əldə etməyin çətin olduğunu bildiriblər.