AZ

56 metrlik “yolka” aşdı – Ölən və yaralananlar var – ANBAAN VİDEO

Rio-de-Janeyro yaxınlığında bəzədilmiş 56 metr hündürlüyündə nəhəng yolka güclü fırtına nəticəsində aşıb.

Təbii fəlakət nəticəsində bir işçi ölüb, iki nəfər yaralanıb.

Qəzada ağır yaralanan 21 yaşlı Vinisius dos Santos Abreu bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Xəstəxanaya aparılan gənc işçi orada dünyasını dəyişib.Xəstəxanaya çatdırılan digər iki yaralının sağlamlıq vəziyyətinin yaxşı olduğu və ölüm təhlükəsinin olmadığı bildirilib.

Nəhəng strukturun altında qalmamaq üçün işçilərin çox hissəsi özünü dənizə atıb.

Dəhşətli anlar saniyə-saniyə kameraya düşüb.

Qeyd edək ki, 360 min işıqla bəzədilmiş və bölgənin ən əhəmiyyətli turistik tədbirlərindən biri olması planlaşdırılan nəhəng yolkanın sabah rəsmi açılışı planlaşdırılırdı. Fəlakətdən sonra açılış mərasimi ləğv edilərkən, Marica Bələdiyyəsi hadisə ilə bağlı geniş araşdırma başladıldı./Milli.Az/

Seçilən
13
8
medianews.az

9Mənbələr