Səudiyyə Ərəbistanı klublarından “Əl İttihad”da çıxış edən Kerim Benzema “Real”a qayıda bilər.
Apasport.az xəbər verir ki, ulduz futbolçu mövsümün sonunda karyerasını sonlandırmaq istəyir.
Fransa millisinin sabiq üzvü futbolçu kimi yox, “Real Madrid”in Yaxın Şərqdəki səfiri qismində çıxış etmək istəyir.
Hazırki klubu ilə 2026-cı ilə qədər müqaviləsi olan futbolçu illik 100 milyon avro qazanır.
Qeyd edək ki, Benzema bu mövsüm “Əl İttihad”ın heyətində çıxdığı 11 rəsmi matçda 10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Argentinalı ulduz "Qalatasaray" yolunda - YENİLƏNİB
“İnter” 18 yaşlı futbolçu üçün mübarizəyə başlayıb
“Arsenal” “Atalanta”nın qapıçısı ilə maraqlanır
Ronaldo prezidentliyə namizədliyini açıqladı
Super Liqa klubunda yeni baş məşqçi