AZ

Sahibkarların kart “sirrini” Vergi Xidməti belə öyrənirmiş – Sabiq nazir detalları açdı

Xəbər verdiyimiz kimi, “kartdan-karta” ödəniş qəbul edən sahibkarlar Dövlət Vergi Xidməti (DVX) tərəfindən 1000-3000 manat dəyərində cərimə olunacaq. Belə ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.

Sahibkarlar bəzi hallarda vegidən yayınmaq üçün müştəriyə “kartdan-karta” əməliyyatı təklif edir. İddialara görə, bu əməliyyatları Vergilər Xidməti təsbit edə bilir. Sahibkarın adi bank hesabı haqda məlumatı DVX necə əldə edir? Banklar vətəndaşların məlumatlarını Vergi Xidmətinə ötürür?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, Vergi Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatını, onun bank hesabları və əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri almaq hüququna malikdir.

Onun sözlərinə görə, məsələ bir qədər fərqlidir:

“Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada Vergi Məcəlləsinin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat verməli və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir. Kartdan-karta ödənişlərin edilməsi barədə məlumatların banklar tərəfindən vergi xidmətinə ötürülməsinə gəlincə isə burada məsələ heç də bəzi şərhçilərin izah etdiyi kimi deyil”.

WhatsApp

Fikrət Yusifov

Sabiq nazir deyib ki, vətəndaşın şəxsi hesabından apardığı hər hansı bir əməliyyat barədə bankların harasa məlumat ötürməsi mümkün deyil:

“Çünki şəxsə aid məlumatlar məxfi saxlanmalıdır. Bəs belə olan halda kartdan ödənişlərin aparılmasına dair məlumatlar vergi orqanlarına necə daxil olur? Bu sualın cavabı çox sadədir. Vergi orqanları apardıqları müşahidələr, keçirtdikləri reydlər zamanı belə faktları aşkara çıxarıb sahibkarları cərimələyirlər. Bu qəbildən olan halları aşkar etmək o qədər çətin iş deyil. Bir çox ticarət obyektlərində kartla ödənişi asanlaşdırmaq üçün kartın nömrəsi kassanın yaxınlığında görünən yerdə yapışdırılır. Biz bunu dəfələrlə görmüşük. Belə faktı aşkarlamaq üçün xüsusi səy göstərməyə ehtiyac yoxdur”.

F.Yusifov vergidən yayılanlarla bağlı sanksiyaların tətbiqindən söz açıb:

“Vergidən yayınmaq olmaz. Vergidən yayınmaq dövləti aldatmaq anlamına gəlir. Bu səbəbdən də istənilən ölkədə vergidən yayınmağa görə ciddi sanksiyalar tətbiq olunur”.

phrase_var_article.chosen
21
turkustan.az

1phrase_var_article.sources