AZ

Psixoloji zorakılıq insanda iz qoyur?

Ailə-məişət münaqişələri müstəvisində daha çox şiddətə, zorakılığa məruz qalanlar əsasən, qadınlar və uşaqlardır. 

Ailə problemləri müstəvisində, iş mühitində üzləşdikdə mənəvi-psixoloji təzyiqləri, qazanmaq, gəlir əldə etmək imkanlarının nisbətən məhdudlaşmasını buraya əlavə etdikdə insanların hazırkı dövrdə gərgin, narahat olmasının, şiddətə meyillənməsinin səbəbləri aydın görünür. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, zorakılıq çox vaxt digər insanlara və ya tərəf müqabilinə münasibətdə fiziki güc tətbiq etmək kimi başa düşülür:

“Fiziki zorakılıqla yanaşı, psixoloji və sosial zorakılıq hallarına getdikcə daha çox rast gəlinir. Psixoloji və ya mənəvi zorakılığa hədələmə, verbal təhqir, gözlə və jestlə təzyiq, şantaj, cinsi zorakılıq və s. aid edilir. Fiziki zorakılıqla yanaşı, insana ən böyük travma, kəskin stress yaşadan, uzunmüddətli təsir, iz qoyan məhz psixoloji zorakılıqdır. Ailə problemlərinin, ailə zorakılığının sosial-psixoloji təhlili, sosial iş – effektiv sosial təsir metodları vasitəsilə həlli, aradan qaldırılması hazırda bütün dünya, eləcə də Azərbaycan ictimaiyyəti üçün böyük aktuallıq kəsb edir. Bütün dünyada, o cümlədən, postsovet məkanına daxil olan ölkələrdə dəyişən, yeniləşən şərait ailə məsələlərinə - ailə zorakılığı probleminə münasibəti də kökündən dəyişir. Bir tərəfdən, sosial – iqtisadi tərəqqinin yüksəlməsi, informasiya – kommunikasiya əlaqələrinin sürətli inkişafı bu barədə geniş məlumatlar əldə etmək, dolğun təsəvvür oyatmaq imkanını artırır, digər tərəfdən, bu zaman yüksək insani, əxlaqi dəyərlərlə yanaşı, ailə təsisatına mənfi təsir göstərən dağıdıcı amillərin kütləviləşməsi üçün əlverişli zəmin yaranır”.

Sevinc


 

Seçilən
7
hit.az

1Mənbələr