AZ

NATO-ya Rusiya ilə müharibəyə hazırlaşmaq təklif olunur

NATO-ya

NATO üzvləri ümumi müdafiə xərclərini hər ölkənin ÜDM-nin 3 faizinə qədər artırmağa hazırlaşırlar.

Reyting.az
xəbər verir ki, bunu Estoniyanın baş naziri Kristen Mixal bildirib.

Məlumata görə, Estoniya hökumətinin başçısı Britaniyanın baş naziri Key Starmeri və digər səkkiz Avropa liderini Tallində keçirilən təhlükəsizlik sammitində qəbul edib. Estoniya baş naziri həmkarlarına deyib ki, əgər müttəfiqlər sülh istəyirlərsə, Rusiyaya qarşı müdafiə xarakterli müharibəyə hazırlaşmalıdırlar. Onun fikrincə, Rusiya ilə bu müharibə yaxın 5-10 ildə başlaya bilər.

“Rusiyada belə bir zehniyyət var ki, bu, müqəddəs bir müharibədir və onlar hamıya qarşıdırlar. Onlar Avropaya, NATO-ya, ABŞ-a qarşıdırlar. Və bu yoldan dönməyin yeganə yolu - daha böyük və ya daha güclü bir qüvvə ilə qarşılaşmaqdır”, - Estoniyanın baş naziri izah edib.

K. Mixal həmçinin əmin edib ki, Rusiya yalnız Qərb müttəfiqləri Ukraynanı güclü mövqeyə qoyacağı təqdirdə tam hüquqlu sülh danışıqlarına hazır olacaq:

“Rusiya Putinin məqsədlərini dəyişdiyini açıq şəkildə bildirməyib. Mənim qiymətləndirməmə görə, o, yalnız qarşısında güc görərsə, hədəflərini dəyişəcək. Bizim üçün nəzakət onun üçün zəiflikdir”.

Onu da qeyd edək ki, “Times” nəşrinin xatırlatmasına görə, ötən həftə NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrinin müdafiə xərclərinin ÜDM-nin 3 faizini mütəmadi olaraq keçdiyi “Soyuq müharibə” dövründə hərbi xərclər səviyyəsinə qayıtmağa ehtiyac olduğunu bildirib, çünki indi təhlükə daha yüksəkdir.

E. KAMAL
phrase_var_article.chosen
8
reyting.az

1phrase_var_article.sources