“Time” jurnalı 2024-cü il istehsalı ən yaxşı filmlərin siyahısını təqdim edib.
Modern.az xəbər verir ki, siyahıda yüksək gəlir əldə edən filmlərlə yanaşı festival filmlərinə də yer alır.
10. “Dogman”
Uşaqlıqda atasından şiddət və istismar görən, itlərə atılan Dogmans adında oğlanın zamanla itlərin həyatının mərkəzinə qoymasından bəhs edir.
9. “Flow”
Animasiya filmi olan “Flow” tək yaşayan bir pişiyin evinin su altında qalmasından sonrakı həyatını xəyali olaraq ekranlaşdırıb. Fim tənqidçiləri bu animasiyanın uşaqlardan daha çox fərqlilikləri qəbul etməyən və empatiya bacarığı zəif olan böyüklər üçün çəkildiyi deyir.
8. “Emilia Perez”
Film cinsiyyətini qadına dəyişdirən bir mafya rəhbərinin hekayəsi üzərindən qadınlara qarşı zorakılığı və qadınların həyatın hər mərhələsində qarşılaşdıqları çətinlikləri göstərməyə çalışır.
“Emilia Perez” qadınların iş yerində qarşılaşdıqları ayrı-seçkilikdən, bədənləri ilə bağlı təzyiqlərə, cinsi təcavüz və sistematik zorakılığa qədər qadınlıq təcrübəsinə dair mövzuları əhatə edir.
Jak Adiarın rejissoru olduğu bu filmdə baş rollarda Selena Gomez, Zoe Saldana, Karla Sofía və Adriana Paz yer alır Bu film Fransanın xarici dildə ən yaxşı Oskar namizədi göstərilib.
7. “Green Border”
Orta Asiya və Afrikadan gəlib Avropaya çatmağa çalışan miqrantlar, Belarus və Polşa arasında “Yaşıl sərhəd” adlanan bataqlıqlarla dolu təhlükəli meşələrdə, Belarusiyanın diktatoru Aleksandr Lukaşenkonun planlaşdırdığı geosiyasi böhranının ortasında ilişib qalırlar. Avropanı təhrik etmək məqsədilə Avropa Birliyinə asan keçid vədi ilə sərhədə yönləndirilən miqrantlar, görünməz bir müharibənin qurbanına çevrilirlər. Bu gizli müharibənin qurbanları arasında yer alan gənc aktivist Julia, sərhəd mühafizəçisi Jan və Suriyalı bir ailənin yolları kəsişir.
6. “Hard Truths”
Müasir ailə dəyərlərini sorğulayan, əfsanəvi rejissor Mayk Linin 6 il sonra ekranlaşdırdığı bu film həm sərt, həm də səmimi aurası ilə yazılan dram filmidir. Filmdə Londonda yaşayan Blak ailəsinin müxtəlif üzvlərinin timsalında empatiya, ailə dəyərləri və sevginin önəmi vurğulanır.
5. “A Complete Unknown”
Leonardo DiKaprio, Tom Kruz və Bred Pitt kimi simaların davamçısı hesab edilən Timoti Şalamenin ba. Rolunu canlandırdığı film Bob Dilanın xalq musiqisindəki yüksəlişini və birdən rock “n” rolla keçməsi ilə yaşananları mövzu alır. Filmin əsası musiqiçinin 1965-ci ildə elektrogitara ilə performans göstərməyə başlaması və musiqi dünyasına gətirdiyi yenilikləri ekranlaşdırıb.
4. “Anora”
"Anora" filmi, ailələri istəməsə belə evlənməyə qərar verən cütün hekayəsidir. Anora, Brooklində seks işçisi olaraq çalışan gənc bir qadındır. Onun həyatı, Rus oliqarxının zəngin oğlu Ivan ilə tanışıb aşiq olması ilə tamamilə dəyişir. Lakin ailələri bu münasibətə qarşıdır və hər ikisi ailələrinin istəyinə qarşı evlənməyə qərar verir. Ailələri bu münasibəti öyrəndikdən sonra cütlüyün ardınca bir rahib və iki quldurdan ibarət qeyri-adi bir üçlü göndərirlər.
3. “The Seed of the Sacred Fig”
Tehranın İnqilab Məhləməsinin sorğu hakimi olan İman ölkə üzrə siyasi etirazların artması və silahının sirli şəkildə yoxa çıxması ilə həyat yoldaşından və qızlarından şübhələnir. Ölkənin sosial vəziyyəti, hakimiyyətə qarşı narazılıqlarla birlikdə qorxuya düşən hakim ailə bağlarını sarsıdan amansız tədbirlər görməyə başlayır.
2. “All We Imagine as Light”
Bu film ayrı yaşadığı həyat yoldaşından uzun illər sonra mesaj alan Hindistanlı tibb bacısı Prhabhanın dəyişən həyatından bəhs edir.
1. “Babygirl”
Hollywoodun usta aktrisası Nikola Kidmanın başrolunu üzərinə götürdüyü "Babygirl" filmi, New Yorkda yaşayan yüksək səviyyəli bir iş adamı olan Rominin (Kidman) şirkətin yeni təcrübəçisiylə (Harris Dikinson) gizli yaşadıqları sevgi həyatını mövzu alır.