AZ

Xəzəryanı ölkələr arasında dəniz turizmi xətti işə salınır

Yaxın üç ayda Xəzəryanı ölkələr arasında dəniz turizmi xətti işə salınacaq.

Axar.az xəbər verir ki, bu barədə İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Əli Əkbər Mərzban məlumat verib.

“Rusların təklifinə əsasən, Rusiyanın kruiz gəmisi Həştərxan limanından yola düşəcək, Qazaxıstan, Türkmənistan və Azərbaycandan keçərək Ənzəli limanına çatacaq. Biz bu planla bağlı lazımi tədbirlər görürük və ümid edirik ki, beynəlxalq Xəzər turizm xətti fəaliyyətə başlayacaq”.

phrase_var_article.chosen
62
4
axar.az

5phrase_var_article.sources