44 günlük müharibəndən sonra Ermənistanda şəxsiyyəti müəyyən edilmiş 89 nəfərin basdırılmamış cəsəd və qalıqlar qalıb.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın müxbirinə Səhiyyə nazirinin mətbuat katibi Mariam Tsatryan məlumat verib.
Səhiyyə naziri Anahit Avanesyan bir müddət əvvəl jurnalistlərlə görüş zamanı bildirib ki, 44 günlük müharibədən və Xankəndidə baş verən partlayışdan sonra meyit və qalıqların müayinəsi başa çatıb və yaxınlarına təhvil verilib.
Onun sözlərinə görə, hazırda həm valideynlərlə, həm də İstintaq Komitəsi və Müdafiə Nazirliyi ilə iş aparılır.