Azərbaycan Mərkəzi Bankı 2 fiziki şəxsə sığorta agenti və 1 fiziki şəxsə sığorta brokeri fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini 1 ay müddətinə dayandırıb.
"İki sahil" bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu qərar dekabrın 16-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabat təqdim edilmədiyi üçün dayandırılıb.