AZ

Dekolonizasiya və neokolonializmə qarşı mübarizə məsələləri müzakirə edilib

Bakı, 17 dekabr, AZƏRTAC

“Neokolonializmin müasir təzahürləri ilə mübarizə tərəfdarları” Forumunun Daimi Komitəsinin nəzdində yaradılmış “Millətlərin azadlığı uğrunda” hərəkatın Ekspertlər Şurasının dekabrın 17-də ilk iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən iclasa Komitənin üzvü qismində Milli Məclisin deputatı Nizami Səfərov qatılıb.

İclasda geniş beynəlmiləl tərkibdə dekolonizasiya prosesinin müxtəlif aspektləri, suveren dövlətlərə qarşı yeni neokolonial təzyiq vasitələrinin və hibrid təhdidlərin qarşısının alınması, neokolonializmlə mübarizədə beynəlxalq hüququn preventiv potensialından istifadə edilməsi, kolonial əsarətdən əziyyət çəkən və öz müqəddəratını hələ də təyin edə bilməyən ərazilərin suveren dövlət statusu əldə etməsi məsələləri müzakirə olunub.

Deputat Nizami Səfərov çıxışında dekolonizasiya prosesinin hüquqi aspektləri, kolonial dövrü yaşamış xalqlara reparasiyaların verilməsi, tarixi hadisələrin saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, Azərbaycanın kolonial asılılıqda olan xalqlara ciddi dəstəyi barədə məlumat verib.

phrase_var_article.chosen
32
2
azertag.az

10phrase_var_article.sources