AZ

Telefonla danışan sürücünün cəzası: 8 bal, 1400 avro

İtaliyada yol hərəkəti qanunvericiliyi sərtləşdirilir. Buna səbəb ölkədə hər il 3 mindən çox adamın yol qəzalarında ölməsidir. Yol qəzalarında ölüm sayına görə İtaliya Avropa ölkələri arasında “lider”dir. 

Avtosfer.az xəbər verir ki, Ciorcia Meloninin rəhbərlik etdiyi hökumət bu sahədə qayda-qanun yaratmaq istəyir. Artıq Yol Hərəkəti Məcəlləsi (Codice della Strada) də yenilənib.

Yeni məcəlləyə görə sükan arxasında mobil telefondan istifadə şəraitdən asılı olaraq 250-100 avro arası cərimə ilə cəzalandırılır. Paralel olaraq, sürücülük hüququ 7 gün müddətinə məhdudlaşdırılır.

Residivizm halında, yəni qayda pozuntusu dəfələrlə törədildikdə cərimə 1400 avroyadək arta bilər. Belə hallarda sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılır, sürücüyə 8 cərimə balı tətbiq edilir.

Vüqar Yaşaroğlu

Seçilən
7
avtosfer.az

1Mənbələr