AZ

Ağdamda iki qardaş kişini təhqir edib videoya çəkdi: çöllük ərazidə onu...

Azərbaycanda orta yaşlı kişini təhqir edərək ləyaqətini alçaldan hərəkətlər edən və əməllərini videoya çəkən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağdam rayonunda boş ərazidə baş verib.

Rayon sakini olan Elxan və Qənbər Quliyev (şərti ad-soyadlı) qardaşları həmyerliləri Aqil Verdiyevi yerə yıxaraq alçaldıcı hərəkət ediblər. Hadisəni isə videoya çəkiblər.

Araşdırmalar zamanı məlum olub ki, Aqilin Elxanın arvadı ilə münasibəti olub. Elxan həyat yoldaşının telefonunda "Whatsapp" proqramında Elxandan gələn mesajları görüb. O, arvadını başqa yerə göndərib və qardaşı ilə birləşərək Aqili aldadaraq çöllük əraziyə aparıblar. Hadisə də elə orada baş verib.

Aqil əvvəlcə onun ləyaqətini alçaldan şəxslərdən şikayət etsə də, sonradan şikayətini geri götürüb və Quliyev qardaşları ilə barışdığını bildirib.

phrase_var_article.chosen
24
6
publika.az

8phrase_var_article.sources