"Mənə etimad göstərdiyinə görə rəhbərliyə təşəkkür edirəm. Çempionatda baş məşqçi kimi ilk oyunumda qələbə qazanmağı çox istəyirdim”.
İdman.biz xəbər verir ki, bunu “Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın deyib.
Komandanın “sükanı arxasına” yeni keçən mütəxəssis ABL-nın VII turunda “Lənkəran”ı 108:99 hesabı ilə məğlub etdikləri matçı şərh edib. O bildirib ki, heyətdə ciddi problemlər olsa da, qələbə qazanmaları böyük uğurdur: “Ehtiyat oyunçular skamyamız geniş deyil. Cəmi 3 legionerimiz var, onlar da əvəzetməsiz oynayır. Daha 2 əcnəbi basketbolçunun yolunu gözləyirik. Onlar da gəlsə, turnir cədvəlində bir qədər yuxarı qalxmağı və qarşımıza qoyduğumuz hədəfə çata biləcəyimizi düşünürəm. Qələbə qazandığımıza görə bütün heyətimizə təşəkkürümü bildirirəm. Çünki onlar bu gün mənə tam dəstək verdilər, var gücləri ilə oynadılar".
Qeyd edək ki, bu, “Sumqayıt”ın mövsümdə ikinci qələbəsi olub.
İdman.biz