AZ

Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunub

Çərşənbə axşamı Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb. Bu barədə səfir X platformasındakı hesabında yazıb.

“Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ilə  məhsuldar görüş keçirdik. Biz əlaqələrin gücləndirilməsi, iqtisadi əməkdaşlıq və investisiya imkanlarını müzakirə etdik.

Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq və biz strateji tərəfdaşlığımızın inkişafı üzərində işləyirik”, - səfir yazıb.

phrase_var_article.chosen
41
turan.az

1phrase_var_article.sources