AZ

İsveçrə Suriya müxalifət liderini mümkün danışıqlara buraxa bilər

İsveçrə Heyət Təhrir əl-Şam qruplaşmasına  qarşı sanksiyalara baxmayaraq, mümkün diplomatik danışıqlar üçün Suriyadakı silahlı müxalifətin lideri Əbu Məhəmməd əl-Culaninin ölkəyə daxil olmasına icazə verə bilər.

Oxu24.com xəbər verir ki,  bu barədə RİA Novosti-yə İsveçrə Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Sanksiyaya məruz qalan şəxslərin İsveçrəyə girişi və ya tranzit keçməsi əslində qadağandır. Xüsusilə diplomatik və ya tibbi səbəblərə görə istisnalar ayrı-ayrılıqda verilə bilər”, - İsveçrə diplomatik xidmətinin sözçüsü bildirib.

Onun sözlərinə görə, hər bir işə fərdi baxılır.

Bir gün əvvəl əl-Culani Dəməşqdə BMT səfiri Geir Pedersen ilə görüşüb. Siyasi sahədə dəyişikliklərlə əlaqədar BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə yenidən baxılması məsələsini müzakirə ediblər. HTŞ liderinin sözlərinə görə, Suriyanın ərazi bütövlüyünü təmin etmək və ölkə iqtisadiyyatının bərpasına nail olmaq lazımdır.

Əl-Culani daha əvvəl prezidentliyə namizədliyin irəli sürülməsi üçün şərtin adını çəkmişdi.

 

Miri

 

Seçilən
43
38
oxu24.com

10Mənbələr