AZ

Bu şəxslər dövlətdən pul alacaqlar - Prezident FƏRMANI

Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" fərmanında dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək. Belə ki, fermerlər əkin subsidiyası üçün müraciət etdiyi torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə bir il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə subsidiya alacaqlar.

Bundan başqa, fərmana görə, 10 hektar və daha çox torpaq sahəsində şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyasının sığorta müqaviləsi bağlandıqdan sonra verilməsi tələbi 2030-cu il yanvarın 1-nə qədər qüvvədə olacaq.


Telegram kanalımız
Seçilən
31
14
yenisabah.az

10Mənbələr