Braziliyada məhkəmə britaniyalı müğənni Adelin “Million years ago” mahnısını plagiat hesab edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” yazır.
Mənbənin sözlərinə görə, iddia braziliyalı bəstəkar Toninyo Geraesdən gəlib. Onun sözlərinə görə, ifaçının sözügedən bəstəsi müğənni Martinho da Vila Mulheresə musiqisini yazdığı samba melodiyasını təkrarlayır.
Bildirilir ki, məhkəmə mahnının bütün dünyada satışdan, o cümlədən musiqi yayımı xidmətlərindən götürülməsinə qərar verib. Geraes həmçinin 160 min dollar məbləğində təzminat tələb edib.