1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Suriya terror yuvasına çevrilməməlidir, Kürdüstanın Fəhlə Partiyası (PKK) və İŞİD ilə mübarizə isə davam etdirilməlidir".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
"Suriya kontekstində ölkənin terror yuvasına çevrilməsinin qarşısını almaq lazımdır. Həm İŞİD, həm də PKK və ona bağlı təşkilatlarla mübarizə indiki görüşümüzdə müzakirə etdiyimiz əsas məsələlərdən idi. Türkiyə yeganə ölkə və yeganə müttəfiqdir ki, hər iki terror təşkilatı üzərində qələbə qazanmağa müvəffəq olub. Biz qəti şəkildə imkan verməyəcəyik ki, bu təşkilatlar gələcəkdə çiçəklənsin. Mübarizə davam etməlidir", - deyə Ərdoğan qeyd edib.