AZ

"Sülhməramlı" cildinə girməyin və əxlaqsız manipulyasiyalara son qoyun" - Ukrayna XİN 

 
"Macarların hər dəfə Moskvaya "sülhməramlı" zənglərindən sonra Ukrayna şəhərlərinə ölümcül raket və dronlar yağdırılır..."
 
Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanın yüksək vəzifəli məmurlarına "sülhməramlı" cildinə girməməyə və bu mövzu ilə manipulyasiya etməməyə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Məlumatı "ukr.net" nəşri yayıb.
 
"Macar məmurları yenidən bəyan edir ki, onlar, guya, müharibəni dayandırmaq iqtidarındadır, lakin bu bəyanatlar həqiqətə uyğun deyil. Əslində isə macarların hər dəfə Moskvaya "sülhməramlı" zənglərindən sonra Ukrayna şəhərləri və icmalarına ölümcül raketlər və dronlar yağdırılır", - bəyanatda deyilir.
 
Bu zaman ukraynalı diplomatlar qeyd edir ki, "macar tərəfinin hərəkərləri onların bəyanatlarına nisbətən sülhməramlılıqdan daha da uzaqdır".
 
"Macarıstan ardıcıl olaraq Rusiyanın soyqırım təcavüzündən müdafiə olunan Ukraynanı dayandırmağa, onun özünü müdafiə etməsi üçün silahsız qoymağa çağıriş edir, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinin maliyyələşdirilməsinə, təcacüzkara sanksiyalar təzyiqinin artırılmasına və digər kritik vacib qərarların qəbuluna maneçilik törədir. Bütün bunların sülhü bərpa etmək niyyətilə heç bir əlaqəsi yoxdur", - XİN bəyan edib.
 
Bu zaman ukraynalı diplomatlar macar tərəfinə sülh mövzusunda və Milad Bayramı ilə bağlı əxlaqsız manipulyasiyalara son qoymağa, təcavüzkar dövlətlə ədalətli sülhün bərpa edilməsi üzrə birgə səyləri sarsıdan birtərəfli təmaslardan çəkinməyə çağırış edir. 
 
Ukrayna XİN bəyan edir ki, sülh yolunun qarşısında dayanan yalnız Rusiya və onun müharibəyə mübtəla olan diktatorudur. Ukrayna öz torpağında dünyada heç kəsin olmadığı kimi sülhə can atır.
 
"Bizim dövlətimizin və tərəfdaşlarımızın birgə səyləri məhz ədalətli və dayanıqlı sülhə nail olunmasına yönəlib. Ukrayna vicdanlı dialoq və qarşılıqlı hörmət prinsiplərinə riayət edir. Biz Ukraynanın məğlub olmasına deyil, müharibənin sona çatdırılmasına səmimi olaraq can atan tərəfdaşlarmızla konstruktiv təmaslarımızı davam etdirəcəyik", - Ukrayna XİN bəyan edib.
phrase_var_article.chosen
37
moderator.az

1phrase_var_article.sources