AZ

"Azərbaycan sürətlə, öz gücü və qətiyyəti ilə inkişaf yolundadır..." - Vüqar İskəndərov

"Azərbaycan sürətlə, öz gücü və qətiyyəti ilə inkişaf yolundadır..." - Vüqar İskəndərov"Qərbin ikili standartlar və xristian təəssüfkeşliyi fonundakı riyakar siyasəti bütün gücü ilə davam edir. ABŞ-ı Ermənistanda 2025-ci ildəki prioritetlərində Azərbaycanın əzəli torpaqlarında, Qarabağda maddi mədəniyyət irslərinin qorunması ilə bağlı fikirlərə qaldıqda bunlar bizi təəccübləndirmir. Biz artıq ABŞ hakmiyyətinin, əsasən də Baydenin rəhbərliyi dövründə ordakı erməni lobbisi əlində bir oyuncağa çevrilməsinin hər birimiz şahidik. Artıq dəfələrlər ermənilərin pulları fonunda ortada "şıdırğı" alış-veriş əməliyyatlarının getdiyi, bununla bağlı senator konqresmenlərin həbs olunduğu, hətta, bu məsələlərin ABŞ Prezident Administrasiyasına qədər gəlib çıxdığı heç kəsə sirr deyil".

Bunu Sonxeber.az-a deputat Vüqar İskəndərov danışıb.

O, açıqlamasında qeyd edib ki, yeni formalaşan mənzərədə hələlik sonu bilinməyən bir xaos görünür:

"Bu hələ üstü açılan məqamlardır. Biz dəfələrlə söyləmişik ki, bu ölkələrdə o cümlədən, əsas da ABŞ-da erməni lobbisi mafia taktikası ilə hərəkət edir, onlar məqsədlərinə çatmaq üçün bütün çirkin yollara əl atırlar. ABŞ-da onların əlində oyuncağa çevrilmiş kifayət qədər yüksək vəzifəli insanlar mövcuddur. O cümlədən, bu Fransaya da aiddir və digər dövlətlərdə biz bütün bu eyni izləri görmüş oluruq. Yəni, bu təzyiqlər qarşısında təbii olaraq Azərbaycanın tab gətirməsi, daha da güclənməsi bu dairələri qıcıqlandırmağa davam edir. "Nə öldürmürsə, o bizi daha güclü edir" misalı hazırda tam qüvvəsi ilə özünü göstərir. Biz daha da güclənirik. Həqiqət bizim tərəfimizdədir. Yəni, bunların siyasətində nə ilahi ədalət, nə beynəlxalq hüquq, nə hazırda beynəlxalq siyasətdəki sistemlər mövcuddur. Hər biri kobud surətdə pozulur və həqiqətən də dünyada hal-hazırda yeni formalaşan mənzərədə hələlik sonu bilinməyən bir xaos görünür. Bütün bu dəyişimlər içərisində Azərbaycan güclənməsi, ölkəmizin prezidentinin ağlı, zəkası, qətiyyəti, dünya siyasətini bütün incəlikliyi ilə bilməsi və hətta ölkəsinin bir çox məqamlarda onların hücumlarına qarşı müdafiə olunmasını yox, hücuma keçməsi və tam çılpaqlığı ilə həqiqətləri onların üzlərinə söyləməsi bu dairələri təmiz özlərindən çıxardır. Onlar yeni-yeni hədyanlar yağdırmağa çalışırlar. Həm səfirliklər, həm media vasitəsi ilə ABŞ-də, Fransada, hətta, Rusiyada və digər ermənilərin yaşadığı yerlərdə hal-hazırda bu proses sürətlə davam edir. Amma unudurlar ki, bu torpaqlar fakt Azərbaycanın olub. Tarixi torpaqlarımıza qovuşmuşuq və orada 30 ilə yaxın həmin əraziləri işğalda saxlayan ermilər bütün abidələrimizi, tariximizi, hətta, insanlar orada yaşayıb, həyatdan köçdüyü qəbrlərini belə dağıdan vandallara "gözün üstündə qaşın var" söyləməyən bu dövlətlərdəki vəzifəli şəxslər, dövlət depertamentləri, bu cür ucuz siyasətlə Azərbaycan dövlətinə təzyiq etməyə cəhd göstərirlər. Bu yalnız cəhddən o yana keçmir və heç bir effekt vermir. Azərbaycan sürətlə, öz gücü və qətiyyəti ilə inkişaf yolundadır və düşünürük ki, belə birtərəfli yanaşma ağın yox, qaranın yanında olmaqları nə heç bir dövlətə, nə də quruma baş ucalığı gətirməyəcək".

Vüsalə İbrahimli

Seçilən
65
sonxeber.az

1Mənbələr