AZ

"Dəməşq yaxınlığındakı qardaşlıq məzarlığında 100 min məhbusun cəsədi aşkar edilib" - "Reuters"

 
"Məhbuslar həbaxanalarda əzab verildikdən sonra qətlə yetirilib, cəsədlər hərbi hospitallarda toplanıb, buldozerlərlə məzarıığa daşınıb, əzildikdən sonra dəfn edilib..."
 
Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında qardaşlıq qəbiristanlığında Əsəd rejimi tərəfindən qətlə yetirilən ən azı 100 min nəfərin cəsədi aşkar edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Suriyanın ABŞ-da yerləşən "Suriya fövqəladə operativ qrupu"nun rəhbəri Muaz Mustafa bəyan edib. Məlumatı "Reuters" nəşri yayıb.
 
Muaz Mustafa məlumat verib ki, Suriya paytaxtından şimala doğru 40 km məsafədə yerləşən Əl-Kuteyf rayonu bu illər ərzində aşkar edilən beş kütləvi məzarlığın yerləşdiyi rayonlardan biridir.
 
"100 min rəqəmi bu yerdə dəfn edilən cəsədlərin sayının  mühafizəkar dəyərləndirilməsidir. Bu, çox kobud təxmini dəyərləndirmədir", - Mustafa vurğulayıb və əlavə edib ki, kütləvi məzarlıqların sayının beşdən çox olduğuna əmindir, qurbanlar arasında suriyalılarla yanaşı ABŞ və Böyük Britaniya vətəndaşları, habelə digər əcnəbilər olub.
 
Dəyərləndirmələrə görə, 2011-ci ildə Bəşər Əsəd hakimiyyətinə qarşı etirazların yatırılmasının tammiqyaslı vətəndaş savaşına çevrilməsi zamanı yüz minlərlə suriyalı qətlə yetirilib. Əsəd və atası Hafiz genişmiqyaslı məhkəmədənkənar edamlar, o cümlədən ölkənin həbsxanalarında kütləvi edamlarla "şöhrət qazanıb". 
 
Mustafa məlumat verib ki, Suriya Hərbi-Hava Qüvvələrinin bölmələri həbsxanalarda məhbuslara əzab veriləndən və onlar edam ediləndən sonra cəsədlərin toplandığı hərbi hospitallardan kütləvi məzarlığa göndərilməsinə cavabdeh olub. Meyitlər həmçinin Dəməşqin bələdiyyə dəfn bürosu tərəfindən daşınıb, əməkdaşlar onların refrijeratorların yedəkcələrindən boşaldılmasına kömək edib.
 
"Biz bu kütləvi məzarlıqlarda işləyən, Suriyadan qaçan və ya qaçışına kömək etdiyimiz insanlarla söhbət etmək imkanımız olub", - Mustafa deyib. - Onun komandası məzarlar qazmağa vadar edilən və "bir çox hallarda cəsədlərin məzarlara yerləşməsi, daha sonra torpaqla örtülməsi üçün əzməyi əmr edilən" buldozer sürücüləri ilə ünsiyyətdə olub.
 
Bu müdhiş tapıntı Suriyada münaqişə illərində baş verən humanitar fəlakətin miqyasını göstərir və Əsəd rejimi tərəfindən öz xalqına qarşı törədilən cinayətlərin müntəzəm xarakterindən xəbər verir.
 
Əsəd rejimi devrildikdən sonra Suriya həbsxanalarından təxminən 20 min məhbus azadlığa buraxılıb. Onların saxlanılma şəraiti haqqında dəhşətli hekayətlər hələ qarşıdadır, amma baş verənlər barədə artıq ilk reportajlar üzə çıxmağa başlayıb.
Seçilən
23
moderator.az

1Mənbələr