AZ

İsveç sığınacaq almaq şərtlərini sərtləşdirir- DETALLAR

İsveç hökuməti sığınacaq almaq şərtlərini sərtləşdirmək üçün qanun layihəsi hazırlayıb.

Azpost.info xəbər verir ki, bu barədə miqrasiya naziri Yuxan Forsel mətbuat konfransında bildirib.

Hökumətin təklifinə əsasən, rədd cavabı almış şəxslər yalnız beş ildən sonra sığınacaq üçün yenidən müraciət edə bilərlər və bu müddət ərzində krallıqda qala bilməzlər.

“Biz inanırıq ki, bu təkliflər rədd cavabı alanların öz ölkələrinə qayıtmasını artıracaq və əsassız sığınacaq müraciətlərinin sayını azaldacaq”, – Forsel deyib.

Qanunvericiliyə edilən dəyişikliklər 2025-ci il aprelin 1-dən qüvvəyə minməlidir.

Azpost.info

Seçilən
33
azpost.info

1Mənbələr