Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin liderləri 19 dekabr sammitində ABŞ-nin yeni administrasiyası Kiyevə dəstəkdən imtina edəcəyi təqdirdə Ukraynaya necə kömək edə biləcəklərini müzakirə edəcəklər.
Bu barədə Brüsseldə görüş ərəfəsində Aİ-nin yüksək səviyyəli nümayəndəsi jurnalistlərə bildirib.
\"Liderlər yeni administrasiyanın Ukrayna ilə bağlı nə edəcəyini öncədən görmək istəyirlər. Aydındır ki, 27 ölkə formatında müzakirələrdən biri Ukraynaya müstəqil şəkildə dəstək verilməsi ilə bağlı olacaq”, - o vurğulayıb.
///report