Polşa Sərhəd Mühafizəsinin Pomeraniya Departamenti cinayətkarlardan 1,85 milyon dollar dəyərində maye kokain müsadirə edib.
Departament bu barədə öz saytında məlumat yayıb.
“Şərab qutularında gizlədilən 44 litr maye kokain (təxminən 1,85 milyon dollar) qara bazarda 7,5 milyon zlotiyə (təxminən 1,85 milyon dollar - red.) Sərhəd Mühafizəsinin Pomeraniya Departamentinin əməkdaşları tərəfindən Lyublin voyevodalığında götürülüb”, - məlumatda deyilir.
Onlar əlavə ediblər ki, əməliyyatda Çexiya Gömrük Xidməti də iştirak edib. Narkotik daşınması Panamada konteyner gəmisinə yüklənib və Avropa limanlarından biri və Çexiyanın Ostrava şəhəri vasitəsilə Polşaya çatmalı idi.