AZ

Nikol Paşinyanın partiyası yaxın bir neçə gün ərzində mühüm açıqlama verəcək

“Deyə bilərəm ki, yaxın günlərdə sensasion xəbər olacaq, amma axtardığınız sahədə yox”.

KONKRET.az xəbər verir ki, bunu dekabrın 17-də parlamentdə jurnalistlərlə söhbətində hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat, parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının rəhbəri Andranik Köçəryan deyib.

“Bu, Ermənistan Respublikası üçün çox vacibdir və mütləq ictimaiyyətə təqdim olunacaq. Bu təhlükəsizlik sektoruna aiddir. Bu barədə komissiya sədri kimi mənə məlumat verilir, amma yüksək səslə deyə bilmərəm, əks halda bu, dövlət sirrinin dərcinə gətirib çıxaracaq. Bu, korrupsiya məsələsi deyil, daha böyük təhlükədən xəbər verir, – deyə Köçəryan yekunlaşdırıb.

Günel Mikayılova
KONKRET.az

phrase_var_article.chosen
30
konkret.az

1phrase_var_article.sources