Son aylarda bütün dünyada adını Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayın adını daşıyan şokolad trendə çevrilib.
Ölkə.Az xəbər verir ki, qiyməti digər şokoladlardan baha olan bu məhsul ölkəmizdə 25-40 manat aralığında satılır.
İndi isə yeni "Dubay suyu" trendi yaranmağa başlayıb.
Məlumata görə, içərisində 24 əyar qızıl olan suyun bir şüşəsi 110-145 manat aralığında satılır.
Qiyməti ilə gündəmdə olan suyun yaşlanma əleyhinə olduğu və stressin qarşısını aldığı iddia edilir. Bədənin həzm etdiyi qızıl hissəciklərinin qanla qarışaraq qocalmanı gecikdirdiyi bildirilir.
Sözügedən məhsul Dubaydakı lüks restoranlarda müştərilərə təklif olunur.
Billurə