AZ

Zelenskidən qan donduran iddia: Ruslar ölən bu əgərlərin üzünü yandırır

Ukrayna prezidenti Vladimir Zelenski iddia edib ki, Rusiya Ukraynaya qarşı döyüşən Şimali Koreya əsgərlərinin varlığını gizlətmək üçün ölən Şimali Koreya əsgərlərinin üzlərini yandırıb.

Turkustan.az xəbər verir ki, Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərməsinin əks-sədası davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski Şimali Koreya əsgərlərinin cəbhədəki videosunu paylaşıb.

Zelenski sosial media platformasındakı paylaşımında bunları bildirib: "Onlar Şimali Koreya əsgərlərinin varlığını gizlətməyə çalışırlar. Məşqlər zamanı həmin əsgərlərin üzlərini göstərmək qadağan edilib. Ruslar onların mövcudluğunu sübut edən istənilən videonu silməyə çalışırlar. İndi isə döyüşçülərimizlə ilk toqquşmalardan sonra ruslar öldürülən Şimali Koreya əsgərlərinin üzlərini yandırmaq istəyir.

Bu, hazırda Rusiyada geniş yayılmış insan dəyərlərinə hörmətsizlikdir. Şimali Koreya əsgərlərinin Rusiya prezidenti Vladimir Putin adına döyüşərək ölmək üçün heç bir səbəbi yoxdur. Ölümdən sonra da Rusiyada onlar üçün ancaq rüsvayçılıq var. Bu dəlilik dərhal dayandırılmalıdır".

Zelenski vurğulayıb ki, müharibə daimi sülhlə bitməli və Rusiya buna cavabdeh olmalıdır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
turkustan.az

1Mənbələr