AZ

Peskov: Suriyadakı bazalarımızla bağlı qərar hələ verilməyib

Baas rejiminin süqutundan sonra bu rejimin ən böyük dəstəkçilərindən olan Rusiyanın Suriyadakı vəziyyətinin necə olacağı maraq mövzusu olaraq qalır.

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı müxtəlif xəbərlər yayılsa da, mövzu ilə bağlı ən açıq açıqlama Kremlin sözçüsü Dmitri Peskovdan gəldi. Peskov Rusiyanın Suriyanı tərk etməyə hazırlaşdığına dair iddiaları rədd edərək: "Məsələ ilə bağlı yekun qərar verilməyib. Hazırda Suriyaya nəzarət edən qüvvələrlə təmasdayıq. Dialoqlar nəticəsində hər şey aydın olacaq" deyib.

2015-ci ildən bəri Bəşər Əsəd Administrasiyasının ən böyük dəstəkçilərindən biri olan Rusiyanın Suriyadakı hərbi bazalarının statusu hələ də qeyri-müəyyən olaraq qalır. Rusiyanın Suriyanı tərk edib-etməyəcəyi ilə bağlı müxtəlif xəbərlər dərc olunsa da, ən açıq açıqlama Kremlin sözçüsü Dmitri Peskovdan gəldi.

Suriya müxalifəti ilə təmasda olduqlarını bildirən Dmitri Peskov bildirib ki, onların bazalarının statusu müxalifətlə dialoq nəticəsində müəyyənləşəcək.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr