AZ

Sumqayıt Şəhər İcra Hakimiyyətinin yarım milyonluq tenderi ləğv edildi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tenderi ləğv edilib. 

Valyuta.az xəbər verir ki, məişət tullantılarının yığılması üçün dəmir konteynerlərin satın alınması bağlı keçirilmiş tenderin ləğv olunması təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmaması ilə bağlıdır. 

"Dövlət satınalmaları haqqında" Qanunun 36.1.2-ci maddəsinə görə bu halda tender ləğv edilir. 

Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 499 140 manat müəyyən edilmişdi.

Hüseyn

Seçilən
34
valyuta.az

1Mənbələr