Özbəkistanın Daşkənd vilayətindəki özəl Lion Park zooparkında üç şir qəfəsdən qaçaraq mühafizəçini öldürüb.
Bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat katibi Xayot Şamsutdinov məlumat verib.
Hadisənin saat 05:00-da baş verdiyi bildirilir.
Qeyd olunur ki, heyvanların olduğu qəfəsin qapısını bağlamaq unudulub.
Gözətçi çölə çıxan yırtıcıları geri qovmağa çalışsa da, şirlər onu parça-parça edib.
Zooparkın digər işçiləri baş verənləri dörd saatdan sonra görüblər. Heyvanları qəfəsə qaytarmaq üçün onlar yuxu həbindən istifadə ediblər , lakin bu iş üçün bir yerli ovçu zooparka dəvət edilib.