Türkiyə və Avropa İttifaqı bu ölkədə inklüziv hökumətin qurulması ilə Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasının zəruriliyi fikrindədir.
Oxu24.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birgə mətbuat konfransında deyib.
Ankara ilə Brüssel arasında münasibətlərin perspektivlərinə gəlincə, o vurğulayıb ki, Türkiyə və Aİ-nin ortaq maraqları Aİ-nin bəzi üzvlərinin yaramaz planlarının girovuna çevrilməməlidir. “Bu gün Türkiyə ilə Aİ arasında hər zamankindən daha güclü və daha institusional əlaqələrə ehtiyac var. Namizəd ölkə olaraq Türkiyə bunun üçün çalışır”, - deyə Türkiyə lideri bildirib.
Dövlət başçısı Aİ-nin qarşıdan gələn sammitinin qərarlarının Türkiyə ilə Aİ arasında Gömrük İttifaqının yenilənməsinə, həmçinin vizasız rejim əldə olunana qədər Türkiyə vətəndaşları üçün viza prosedurlarının sürətləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Terrorla mübarizə mövzusuna gəlincə, prezident Ərdoğan “Türkiyə terror təşkilatları PKK və DAEŞ-i döyüş meydanında məğlub edən yeganə NATO ölkəsidir”, deyə o bildirib.
Nigar