Gürcüstan prezidenti Salome Zurabişvili dekabrın 29-da prezidentlik müddəti başa çatdıqdan sonra yenidən mandatını verməkdən imtina edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Zurabişvili yeni parlament seçkiləri keçirilməyənə qədər mandatını təhvil verməyəcəyini bildirib və Aİ-ni etirazçılara dəstək verməyə çağırıb.
Onun sözlərinə görə, o, artıq hakim “Gürcü arzusu” partiyası ilə heç bir əlaqə saxlamır.